“Qala Sığorta” 2018-ci ildə regionlarda filiallar şəbəkəsini genişləndirməyi planlaşdırır

16:54 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycanın “Qala Sığorta” sığorta şirkəti gələn il filiallar şəbəkəsini genişləndirmək niyyətindədir.

Şirkətin İdarə Heyətinin sədri Fuad Allahverdiyevin sözlərinə əsasən,  2018-ci ildə  şirkətin fəaliyyəti əsasən  müştəri məmnunluğunun təmin edilməsinə yönəldiləcək.

“Xüsusilə, şirkət, gələn il regionlarda keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi məqsədi ilə, filial və nümayəndəliklərinin sayının artırılmasını, eyni zamanda, şirkət tərəfindən göstərilən sığorta xidmətlərinin dairəsinin genişləndirilməsi üçün istehlakçılara yeni sığorta məhsullarının təqdim olunmasını planlaşdırır”, - deyə F.Allahverdiyev bildirib.

 

Вся лента