“Azərsu” Kürdəmir rayonunda daha 11400 abunəçinin su təminatını yaxşılaşdırdı

17:01 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC Kürdəmir  rayonunda su təchizatı sisteminin yaxşılaşdırılması üzrə işləri yekunlaşdırdı.

ASC-nin məlumatında deyildiyi kimi, işlər dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamının icrası çərçivəsində aparılırdı. 

«Layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Kürdəmir rayonunun 12 yaşayış məntəqəsinin 11400 nəfər sakin faydalanıb”, - məlumatda belə deyilir.

 

Вся лента