Azərbaycan Respublikasının Mərkəzi Bankı qısamüddətli notlar yerləşdirdi

17:15 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu gün qısamüddətli notlar yerləşdirib.

“Bakı Fond Birjası” QSC-nin məlumatına əsasən,  dekabrın 27-də AMB, 50100466S dövlət qeydiyyat nömrəli notlar satıb.

Notlar 350 milyon manat həcmində, 28 gün tədavül müddəti ilə təklif olunmuşdur.

14 investor tərəfindən 348 338 800,00 manat məbləğində notların alışına dair 16 sifariş daxil olmuşdir.  İnvestorların təklif etdiyi qiymət intervalı 98.8472 AZN (illik gəlirlilik 14.99%) və 99.0750 AZN (12.00%) təşkil etmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (gəlirlilik 14.99%), orta ölçülmüş qiyməti 98.9009 AZN (gəlirlilik 14.29%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 000000 AZN təşkil etmişdir.

2018-ci ilin yanvarın 24-ü - notların ödəmə tarixidir.

 

Вся лента