Neftin qiyməti həftə artımı göstərdi, “Azeri Light” 1,2% bahalaşıb

10:11 - 17.02.2020


17 fevral, Fineko/abc.az. Neftin qiyməti, keçən hədfə xeyli artımdan sonra bazar ertəsi günü ucuzlaşır.

Fevralın 14-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,98 (1,74%) artaraq bir barelə $57,32 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:30-da $0,12 (0,21%) azalaraq bir barelə $57,20 təşkil etmişdir.

Fevralın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi

$0,63 (1,23%) artaraq bir barelə $52,05 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:30-da $0,63 (1,23%) artaraq bir barelə $52,05 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,74 (1,22%) artaraq bir barelə $61,54 təşkil edib.

 

Вся лента