Azərsu rəhbərliyi rayonlarda vətəndaş qəbulu keçirəcək

11:15 - 17.02.2020


 17 fevral, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov fevralın 24-də Şabran şəhərində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, sədrin birinci müavini Teyyub Cabbarov fevralın 25-də Qusar şəhərində Qusar və Quba rayonlarının sakinlərini, 28  fevralda isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Xaçmaz rayonunun sakinlərini qəbul edəcək.
Qeyd olunur ki, vətəndaşlar qəbul üçün Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Вся лента