AMB depozit hərracında 100 mln. manat cəlb edib

12:15 - 17.02.2020


17 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.

“AMB fevralın 17-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 578 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.   

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.     

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

 

Вся лента