Bu mallar bahalaşacaq – Aksiz vergisi artırıldı

14:21 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, dəyişikliyə əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata qaldırılıb. Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Müəllif: Elmir Murad

 

Вся лента