Zərdab avtomobil yolu yenidən qurulur – İşlər ilin sonunadək bitəcək

15:58 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km-dən ayrılan Zərdab avtomobil yolu yenidən qurulur.

Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, 42 km uzunluğa malik olan avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Sözügedən Zərdab avtomobil yolunda aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol boyu yeni yol yatağı inşa edilib.

Yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, km göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 ədəd avtobus dayanacağı qurulacaq.

Qeyd edək ki, sözügedən yolda tikinti işləri bu ilin sonunadək bitəcək.

Müəllif: Elmir Murad

 

Вся лента