Vətəndaşlar prezidentə 100-dən çox tikinti şirkətindən şikayət etdilər - SİYAHI

10:33 - 19.02.2020


19 fevral, Fineko/abc.az. 2019-cu il ərzində vətəndaşların Prezident Administrasiyasına ən çox şikayət etdikləri tikinti şirkətlərinin adları açıqlanıb.

ABC.AZ xəbər verir ki, şirkətlərin adları Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi  mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində qeyd olunub.

Şöbə müdiri məqalədə bildirib ki, sözügedən dövrdə 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən şikayət ediblər: “Bunlardan “Birlik-İnşaat”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Araz-2011A”, “Pearl Construction”, “Fədək”, “MVVL Verus Praedium”, “NV Construction”, “Malibo”, “Draft Construction”, “Pilot-1”, “RÜR”, “Avro Qrand”, “Abşeron LTD2013”, “Pilot İnşaat A”, “Qafqaz-A”, “İlkin N”, “Qaya Qala”, ”Rifah Plaza”, “RNQ Qroup”, “Poleks”, “Sweet House”, “Memar Group”, “Hayan-E”, “Dərəçiçək”, “Narm”, “Karat”, “Xəzər İnşaat”, “Hermes-S”, “Servis”, “Mahal”, “Yeni Yasamal”, “Yüksəliş-C”, “Avanqard İnşaat”, “FF”-2011, “Abidə”, “Gözəl Bakı”, “Star-M” “Müasir Arena”, “Home Paş Prestij”, “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Olimp”, “Şakir”, “AAAF Park”, “İnvest-2016”, “Məkan”, “Bulaq-2”, “Xudafərin”, digər MMC və MTK-lar barədə şikayətlər daha çox olub”.

Məqalənin sonunda qeyd olunub ki, inanırıq ki, Prezidentin bu sahəyə daim diqqət yetirməsi, qanunvericilikdə edilən dəyişikliklər, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu qəbildən olan məsələlərə ciddi yanaşılması bu mövzuda şikayətlərin sayını azaldacaq.

Müəllif: Elmir Murad

 

Вся лента