Ümumi daxili məhsulun həcmi artıb – 3 faizə yaxın

11:31 - 19.02.2020


19 fevral, Fineko/abc.az. 2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 6520,2 milyon manat təşkil edib.

Bu barədə ABC.AZ-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabata əsasən, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artıb, neft-qaz sektorunda isə 0,7 faiz azalıb.

ÜDM istehsalının 44,2 faizi sənaye, 9,9 faizi ticarət təşkil edib. Ticarətdə 6,9 faizi nəqliyyat və anbar təsərrüfatın, 4,6 faizi tikintinin, 2,9 faizi kənd təsərrüfatının, meşə təsərrüfatı və balıqçılığın, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub.

 

Вся лента