Naxçıvan iqtisadiyyatına kredit qoyuluşunda birincilik banklara məxsusdur - Hesabat

14:59 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən il Naxçıxavndakı bankların qoyduqları kreditin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir ki, banklar tərəfindən 31 dekabr 2019-cu il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşunun həcmi 171 milyon 191 min manat olub.

Kənd təsərrüfatı üzrə verilmiş kreditlərin bitkiçilik məhsulları istehsalına 1 milyon 321 min manat kredit verilib ki, bu da 2018-ci ilin yekunları ilə müqayisədə, təxminən, 2,8 dəfə çoxdur. Heyvandarlıq məhsulları istehsalını artırmaq üçün ötən il 9 milyon 983 min manata yaxın kredit verilib ki, bu da bir il əvvəlki rəqəmlə müqayisədə 2 dəfəyə yaxın artıqdır. Ümumilikdə, bu sahələrlə yanaşı, 2018-ci illə müqayisədə daha çox kredit verilmiş sahələr arasında tikinti üçün, təxminən, 5 dəfə, taxılçılıq üçün isə, təxminən, 6 dəfə çox kreditlər verilib.

Sözügedən dövrdə Naxçıvanda iqtisadiyyatın kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında isə 83,7 faizlə özəl banklar üstünlük təşkil edib. Bunlardan sonrakı yerləri 12,6 faizlə dövlət bankları, 3,7 faizlə bank olmayan kredit təşkilatları tutur.

 

Вся лента