Azərbaycan neftinin qiyməti yüksəldi

15:00 - 28.12.2017


28 dekabr, Fineko/abc.az. “Azeri LT CIF” markalı  Azərbaycan neftinin dünya bazarında qiyməti 1,81 dollar (2,73%) bahalaşdı.

Beləliklə, hazırda “Azeri LT CIF” markalı xam neftin qiyməti 68,18 dollar / barelə təşkil edir.

“Azeri LT” markalı neftin minimal qiyməti 2001-ci ilin  dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) müşahidə edilmişdir.

 

Вся лента