Neftin qiymətləri artıb, “Azeri Light” $0,04 bahalaşıb

10:02 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Neftin qiymətləri, cümə axşamı günü ticarətində artımdan sonra cümə enməkdədir.

Fevralın 20-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,19 (0,32%) artaraq bir barelə $59,31 təşkil etmişdir. Bu günkü ticarətdə “Brenti”in aprel fyuçers qiyməti saat 9:40-da $0,46 (0,78%) azalaraq bir barelə $58,85 təşkil etmişdir.

Fevralın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi  $0,49 (0,92%) artaraq bir barelə $53,78 təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti  çərşənbə axşamı günü saat 9:40-da $0,36 (0,67%) enərək bir barelə $53,52 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,04 (0,06%) artaraq bir barelə $62,20 təşkil edib.

 

Вся лента