Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil alır – Tender

15:16 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakı şəhəri və ətrafından və Gəncə şəhərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 300 mənzilin satın alınması üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 06.04.2020 18:00 tarixinə qədər, tenderdə iştirak etmək üçün sənədləri  15.04.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.03.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 16.04.2020 15:30 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Xuraman Eyvazova

Telefon: (994 12) 596 44 09

Ünvan: Bakı, Salatın Əsgərova küçəsi, 85

 

Вся лента