Bakıda yeni tunel çəkiləcək – Layihə hökmətə təqdim edilib

15:18 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlı layihəni hökmətə təqdim edib.

ABC.AZ xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq.

Müəllif: Elmir Murad

 

Вся лента