TAP layihəsinin icrası 92 faizə çatıb – İlham Əliyev

15:31 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır.

ABC.AZ xəbər verir ki, bunu İtaliyada səfərdə olan prezident İlham Əliyev italiyalı həmkarı ilə birgə bəyanatla çıxış edərkən bildirib.

Ölkə başçısı qeyd edib ki, İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür.

Onun sözlərinə görə, 15 ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisə olmayıb: “Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. O ki qaldı, təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıb və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilib. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha 5 ölkə, bütövlükdə 7 ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək”.

Müəllif: Elmir Murad

 

Вся лента