İtaliya şirkəti Azərbaycanın enerji sektoruna sərmayələr cəlb edəcək – Müqavilə imzalandı

15:51 - 21.02.2020


21 fevral, Fineko/abc.az. İtaliyanın enerji turbinləri istehsal edən "Ansaldo Energia" şirkəti Azərbaycanda elektrik enerjisi istehsalının müxtəlif layihələrini öyrənmək üzrə iki müqavilə imzalayıb.

ABC.AZ Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir ki, hər iki Anlaşma Memorandumu Azərbaycanın enerji sisteminin inkişafı və keçid dövrü proqramlarının həyata keçirilməsində ölkəyə potensial yardıma istiqamətlənib.

"Azərenerji" ASC ilə imzalanan ilk memorandum çərçivəsində "Ansaldo Energia" ölkədə mövcud olan iki buxar-qaz elektrik stansiyasına xidmət üçün 10 illik müqavilə üzrə iqtisadi təklif təqdim edəcək. Bu həm də yeni "Yaşma" zavodunun, 1000 MVt gücündə buxar-qaz elektrik stansiyasının inşası barədə saziş üzərində sıx əməkdaşlıq üçün zəmin yaradır. "Ansaldo Energia" müqavilənin bu son hissəsinə uyğun olaraq, mühəndislik, satınalma və tikinti xidmətləri təqdim edəcək.

Azərbaycan Energetika Nazirliyi ilə imzalanan ikinci memorandum isə enerji potensialının təhlilini və Azərbaycanda davamlı və bərpa olunan enerji layihələrinə investisiya qoymaq üçün uyğun şəraitin yaradılmasını nəzərdə tutur.

Müəllif: Elmir Murad

 

Вся лента