Hərbi Hospital yanındakı metro stansiyası nə vaxt açılacaq? - "Bakı Metropoliteni"ndən açıqlama

10:42 - 24.02.2020


24 fevral, Fineko/abc.az. Hərbi Hospital yaxınlığındakı şərti adı B-03 olan stansiya bu il fəaliyyətə başlayacaq.

Bunu ABC.AZ-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, hazırda sözügedən stansiyadakı inşaat işlərinin tamamlanma prosesi gedir.

Stansiyanın 2020-ci ilin hansı tarixində açılacağını hələlik konkret bilinmədiyini deyən B.Məmmədov bunun bir sıra amillərdən asılı olduğunu vurğulayıb: “Hazırda həmin stansiyadakı inşaat işlərinin tamamlanma prosesi gedir. Eyni zamanda infrastruktur və istismarla bağlı texniki təchizat işləri də aparılır. Hər hansısa əlahiddə geoloji və texniki problem yaranmasa, stansiyanın bu il üçün açılışı nəzərdə tutulub. İşlər planlı şəkildə davam edir”.

Müəllif: Elmir Murad

 

Вся лента