"AccessBank"ın kapitalı artıb - 87 milyon manata yaxın

15:01 - 25.02.2020


25 fevral, Fineko/abc.az. “Biz, 2020-ci ilin yanvar ayını 79,5 milyon manatlıq kapitalla başa vurmağı planlaşdırırdıq. Amma buna baxmayaraq bizim faktiki kapitalımız 86,7 milyon manat təşkil edib, bu isə biznes-planda nəzərdə tutulandan 7 milyon manat artıqdır”.

ABC.AZ xəbər verir ki, bunu “AccessBank”ın  nizamnamə kapitalını artırması gözlənilirmi sualına cavab verərkən bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib. A.Həsənov qeyd edib ki, kapitallaşma zamanı bankın səhmdarları, kredit borcu qismində 20 milyon dollar təşkil ediblər – gözlənilməz kənar risklər baş verdikdə və ya plan göstəricilərindən əhəmiyyətli dərəcədə kənarlaşma olduğu halda, bu məbləği kapitala konvertasiya etmək mümkündür “2019-cu il göstərdi ki, bankın göstəriciləri plandan yüksəkdir, bütün prudensial normativlər isə tənzimləyicinin minimal tələblərini üstələyir. Beləliklə, artım sürəti və biznes-plana uyğunluq proqnozlarımız nəzərə alınmaqla, hazırda nizamnamə kapitalının daha da artırılmasına ehtiyac yoxdur”.

Müəllif: Elmir Murad

 

Вся лента