Ləğv edilmiş Palatanın idarə rəisinə vəzifə verildi – Yeni təyinat

15:18 - 26.02.2020


26 fevral, Fineko/abc.az. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

ABC.AZ ABA-ya istinadən xəbər verir ki, iclasda Tamerlan Rüstəmov “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni rəhbəri təyin edilib.

Adıçəkilən şəxs cari ilin yanvarından “Bank of Baku” ASC-də Ödəniş sistemləri departamentinin direktor müavini vəzifəsində işləməyə başlayıb və bundan əvvəl isə Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb. Ödəniş sistemləri və rəqəmsal ödənişlər sahəsində fəaliyyətə isə 2008-ci ildən Mərkəzi Bankında başlayıb.

Müəllif: Elmir Murad

 

Вся лента