2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq - Energetika Naziri

15:04 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Həm Cənub Qaz Dəhlizinə, həm də Azərbaycanın təşəbbüsü ilə reallaşan regional və qlobal əhəmiyyətli bütün enerji layihələrinə ABŞ-ın göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bu yüksək əməkdaşlıq sayəsində 2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq.

ABC.AZ xəbər verir ki, bunu Energetika Naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Görüşdə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri K.Donnelli çoxsaylı ölkələri, şirkətləri birləşdirən layihə kimi Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi üçün vacib layihə kimi dəyərləndirib və belə bir nəhəng layihənin həyata keçirilməsinin öhdəsindən gəldiyinə görə Azərbaycanı təbrik edib.

 

Вся лента