Neftin qiymətləri davamlı şəkildə ucuzlaşır, Azeri Light $2,73 enib

10:21 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri 13 aydan çox olan minimumlardan aşağı düşməyə davam edir.

Fevralın 27-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $1,25 (2,34%) düşərək bir barelə $52,18, may fyuçersi isə $1,08 (2,05%) düşərək bir barelə $51,73  təşkil etmişdir.

“Brenti”in may fyuçers qiyməti saat 9:25-də $1,41 (2,73%) azalaraq bir barelə $50,32 təşkil etmişdir.

Fevralın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi  $1,64 (3,37%) düşərək bir barelə $47,09 təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat $1,47 (3,12%) azalaraq bir barelə $45,62 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $2,73 (4,85%) kəskin düşərək bir barelə $53,67 təşkil edib.

 

Вся лента