Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi təsdiq edilib

12:04 - 29.12.2017


29 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsini  təsdiq edib.

Dövlət başçısının Fərmanına əsasən, Fondun  2018-ci il büdcəsinin gəlirləri 11 559 956,2 min manat, xərcləri isə 9 730 221,8 min manat məbləğində proqnozlaşdırılır.

Gəlirli neftdən əldə edilən gəlirlər növbəti ildə 9 723 786,1 min manat, akrhesabı ödənişlərdən əldə edilən gəlirlər 3 612,0 min  manat, tranzit  neft və qazdan əldə edilən gəlirlər 16 340,0 min manat, fondun valyuta aktivlərinin yerləşdirilməsi və idarə olunmasından əldə edilən gəlirlər 1 042 046,1 min manat, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar 774 172,0 min manat təşkil edəcək.

Fondun xərcləri strukturunda 200 000,0 min manat qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə, 9 216 000,0 min manat dövlət büdcəsinə transfertə,  90 000,0 min manat  Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə, 176 128,0 min manat Bakı-Tbilisi-Qars layihəsinin maliyyələşdirilməsinə, 16 218,0 min manat “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə və 31 875,0 min manat  Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə təyin ediləcək.

 

 

Вся лента