Yarım milyondan çox insana xidmət edəcək “ASAN xidmət” açıldı – Kürdəmirdə

11:28 - 2.03.2020


2 mart, Fineko/abc.az. Martın 1-də Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

ABC.AZ-ın məlumatına görə, yeni mərkəz Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, sözügedən mərkəz feevralın 12-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb.

Müəllif: Elmir Murad

 

Вся лента