Sərhəddə qida təhlükəsizliyi məntəqələri olacaq– Azərbaycanda yenilik

14:22 - 2.03.2020


2 mart, Fineko/abc.az. İlin sonuna qədər Azərbaycanda sərhəd keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqləri yaradılacaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə bildirib.

Onun sözlərinə görə, AQTA bu sahədə olan beynalxalq təcrübəni sərhəd keçid məntəqələrində tədbiq edəcək. Bununla bağlı məsələ AQTA-nın sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Litva və Latviya respublikalarına səfəri zamanı da müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvada Vilnus hava limanının sərhəd keçid məntəqəsinə, Medininkaida Belarusla avtoyol, Kenada Belarusla dəmiryol sərhəd keçid məntələrinə, eləcə də Latviyada Paterniekidə Belarusla avtoyol, Terehovada isə Rusiya ilə sərhəd keçid məntəqələrinə baxış keçirib və hər iki ölkənin bu istiqamətdə təcrübəsi ilə yerində tanış olub.

Müəllif: Elmir Murad

 

Вся лента