Bakıda süd müəssisəsi bağlandı – AQTA hərəkətə keçdi

16:14 - 2.03.2020


2 mart, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 17 ünvanında qanunsuz fəaliyyət göstərən müəssisədə sanitar-gigiyenik qaydaların tələblərinə, həmçinin istehsal prosesində texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığını aşkarlayıb.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, bundan başqa, xammalın fiziki, kimyəvi və təhlükəsizlik göstəriciləri yoxlanılmadan birbaşa istehsala verildiyi müəyyən edilib.

Aşkar olunmuş faktlara əsasən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Müəllif: Elmir Murad

 

Вся лента