“BTB Bank” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

17:04 - 3.03.2020


3 mart, Fineko/abc.az. “BTB Bank” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.  Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin istiqrazları 3 mart 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilmişdir.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərrac 5 mart  2020-ci il tarixində baş tutacaq.

Qeyd olunur ki, “BTB Bank” ASC-nin 2 000 000 (iki milyon) manat həcmində  istiqrazlarının ticarəti həyata  keçiriləcək.  İstiqrazların sayı 2 min ədəd, hərrac qiyməti min manatdır. İstiqrazların tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 9% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İŞ” ASC-dir.

 

Вся лента