“Kapital Bank” ləğv edilmiş “Dəmirbank”ın əmanətçilərinə kompensasiyaları ödəyəcək

17:07 - 29.12.2017


29 dekabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun (AƏSF) Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

AƏSF-in məlumatında deyildiyi kimi, sığortalanmış əmanətlər üzrə kompensasiyalar  1 fevral 2018-ci il tarixindən “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə veriləcək.

“Dəmirbank”ın lisenziyası, bankın ümumi kapitalının minimum tələbə uyğunsuzluğu, ümumi kapitalın adekvatlıq əmsalının 3%-dən aşağı olması və kreditorlara öhdəliklərin yerinə yetirilməməsi səbəbindən, dekabrın 23-dən ləğv edilmişdir.

 

Вся лента