Neftin qiymətləri artır, Azeri Light 1,6% bahalaşdı

10:16 - 4.03.2020


4 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, çərşənbə günü ticarətində yüksəlir.

Ötən gün OPEC + Texniki Komitəsi neftçıxarmanın azalması üzrə cari sövdələşmənin bir sutkada 1,7 mln. barel 2018-ci ilin oktyabr ayı ilə müqayisədə uzadılmasını, aprel ayından ilin sonuna qədər artırılmasını, II rübdə sutkada 600 mindən 1 mln. barelə qədər həcmini artırmağı tövsiyə edib.

Martın 3-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $0,04 (0,08%) azalaraq bir barelə $51,86  təşkil etmişdir. May fyuçersi saat 10:05-də $0,71 (1,37%) bahalaşaraq bir barelə $52,57 təşkil etmişdir.

Martın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel $0,43 (0,92%) artaraq bir barelə $47,18 təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti saat 10:05-də $0,74 (1,57%) artaraq bir barelə $47,92 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,86 (1,6%) artaraq bir barelə $54,63 təşkil edib.

OPEC+ neft hasilatının məhdudlaşdırılması üzrə saziş ölkələrinin Monitorinq Komitəsinin (JMMC) nazirləri çərşənbə günü neft bazarındakı vəziyyətə reaksiya tədbirlərinin zəruriliyini müzakirə edəcəklər. Martın 5-də OPEC-in nazirlər konfransı keçiriləcək, martın 6-da yekun qərarın təsdiqi üçün OPEC+ nazirləri toplaşacaqlar.

Вся лента