Əməntlərin sığortalanması ilə bağlı yeni qaydalar açıqlanacaq – Yevgeni Kirin

15:04 - 4.03.2020


4 mart, Fineko/abc.az. Azərbaycanda bank əməntlərinin sığortalanması ilə bağlı yeni qaydalar açıqlanacaq.

ABC.AZ xəbər verir ki, bunu Bank VTB Azərbaycanın İdarə Heyətinin sədri Yevgeni Kirinin bankın 2019-cu il fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, yaxın vaxtlarda maliyyə bazarır requlyatoru – Azərbaycan Mərkəzi Bankı (AMB) yeni qaydaları açıqlayacaq.

Onun sözlərinə görə, yeni qaydaların detalları hələlik məlum deyil: “Dəqiq olan odur ki, əmanətlərin tam sığortalanması başa çatır və bu qayda müəyyən məbləğə aid olacaq. Məncə bu doğru yanaşmadır, çünki əvvəllər də dediyimiz kimi, əmanətlərin tam sığortalanması onların yüksək faizlə banka yatırılması ilə nəticələnir və bu da kreditlərin faiz dərəcələrinin aşağı enməsinə imkan vermir. Çünki əmənatlər hələ də kreditlərin verilməsi üçün banklarda əsas resurs bazası rolunu oynayır”.

Qeyd edək ki, əmanətlərin tam məbləğdə sığortalanması müddəti bu gün (martın 4) başa çatır.

Müəllif: Elmir Murad

 

 

Вся лента