“2018-ci ildə sığorta bazarı canlanacaq” - AZƏR ƏLİYEV

18:06 - 29.12.2017


29 dekabr, Fineko/abc.az. Sığortaçılar gələn il ölkənin sığorta bazarında müsbət dəyişikliyin olmasını bildirirlər.

“Atəşgah” sığorta şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev Fineko/abc.az  İnformasiya Agentliyinə bildirib ki, gələn il sığorta bazarı aktivləşəcək.

“Azərbaycan sığorta bazarı, bütün dünyada müşahidə olunan qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, nəinki sabit, hətta artım nümayış etdirir. Bu özünü yalnız statistik göstəricilərlə deyil,  bazarda yenı sığorta xidmətlərinin tətbiqi ilə göstərir”, - deyə A.Əliyev qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə sığorta bazarının inkişafı davam edəcək, lakin yeni iştirakçıların sayında  və yaxud məhsulların çeşidində əhəmiyyətli dəyişikliklər gözlənilmir.

 

 

Вся лента