“Rabitəbank” “Kartmane” sadə və premium kartlar üzrə xüsusi kampaniyaya başlayıb

19:00 - 5.03.2020


5 mart, Fineko/abc.az.  Martın 3-dən yaşıl “Kartmane debit” və “Kartmane kredit” kartını əldə etmək istəyənlər ilkin mədaxili 100 AZN/USD/EUR etdikdə kartı tamamilə ödənişsiz əldə edəcək. Qeyd edək ki, kampaniyadan əvvəl bu məbləğ 500 AZN/USD/EUR təşkil edirdi. 

Həmçinin “Kartmane premium debit” və “Kartmane Premium kredit” kartını 199 AZN deyil, tam 99 AZN ödəyərək əldə etmək mümkün olacaq. Bu kampaniya həm “Mastercard”, həm də “Visa” kartları üçün, AZN/USD/EUR valyutalı kart hesablarına keçərlidir. Kampaniya martın 23-dək keçərlidir.

Daha ətraflı məlumat və kart sifarişi üçün “https://rbt.az/kartmane” linkinə daxil olmaqla tanış ola bilərsiniz.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.

 

Вся лента