330x110
 

BirKart sahiblərinə Novruz payı!

06.03.2020,10:50


6 mart, Fineko/abc.az.  Novruz bayramı münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya keçirilir. 2 aprel 2020-ci il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir.

Şərtlərə görə, BirKart-ın istənilən geyim, ayaqqabı, aksesuar, hədiyyə, parfümeriya və kosmetika partnyorları mağazalarında 100 manat və daha çox məbləğdə taksitli alış-veriş edən BirKart Taksit və BirKart Cashback sahibləri 5% cashback, BirKart Miles sahibləri isə 3 qat mil əldə edəcəklər. Üstəlik, kampaniya müddətində Bakcell istifadəçiləri Ulduzumdan 15 danışıq dəqiqəsi qazanacaqlar.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 4000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

Ключевые слова: Kapital Bank