“Azəri LT CIF” markalı neft bahalaşdı

10:46 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. “Azəri LT CIF” markalı Azərbaycan neftinin qiyməti dünya bazarında  1,3 dollara qədər (1,9%) yüksəlib.

Hazırda “Azəri LT CIF” markalı xam neftin qiyməti 69,89 dollar / barelə təşkil edir.

“Azəri LT” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında  (149,66 dollar) qeyd edilmişdir.

Hazırda Bloomberg sistemində irəliləyən  kotirovkalar, “WTI” markalı neftin qiyməti NYMEX ticarətində fevral ayında tədarük olmaqla, təqribən 62,08 dollar / barelə (+0,73%),  “Brent” markalı neftin qiyməti isə, ICE ticarətində mart ayında tədarük olmaqla, 68,11 dollar  / barelə (+0,4%) təşkil edəcəyini nəzərdə tutur.

 

Вся лента