“AtaSığorta”-dan “Azərbaycan Sənaye Sığorta” şirkətinə daha bir transfer - Yeni təyinat

11:10 - 10.03.2020


10 mart, Fineko/abc.az.  “AtaSığorta” ASC-dən “Azərbaycan Sənaye Sığorta” şirkətinə daha bir transfer olub.

ABC.AZ-ın əldə etdiyi məlumata görə, “AtaSığorta”-nın Göyçay filialının direktoru vəzifəsində çalışmış Namiq Muradov fəaliyyətini bundan sonra “Azərbaycan Sənaye Sığorta” şirkətinin adıçəkilən rayon filialının müdiri vəzifəsində davam etdirəcək. 

Qeyd edək ki, bu “AtaSığorta” şirkətindən “Azərbaycan Sənaye Sığorta” şirkətinə ilk transfer deyil.  

Bu yenilik indiyədək daha çox korporativ risklər üzrə ixtisaslaşan “Azərbaycan Sənaye Sığorta” şirkətinin riteyl bazarına çıxacağına işarə edir.

Müəllif: Elmir Murad

Вся лента