Bakı Avtovağzalında 300-dən çox avtobus dezinfeksiya olunur – Bir gündə

11:15 - 10.03.2020


10 mart, Fineko/abc.az.  Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) koronovirus (Covid-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında davam edir.

ABC.AZ Kompleksə istinadən xəbər verir ki, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır. Son 10 gündə 2 min 628 reyslə 60 min  270 sərnişin avtovağzaldan yola salınıb. 175 reyslə 3 min 455 sərnişin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə)  gedişi təmin edilib.

Ən çox sərnişin 3 mart tarixində müşahidə olunub. Həmin gün 470 reyslə 13 minə yaxın sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq 6-8 min arasında dəyişib.

 

Müəllif: Elmir Murad

Вся лента