Azərbaycan fevralda gündəlik 750,6 min barrel neft hasil edib

14:51 - 10.03.2020


10 mart, Fineko/abc.az. 2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barrel olub.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyindən məlumat verilrib.

Qeyd olunur ki, bunun 667,4 min barrelini xam neft, 83,2 min barrelini kondensat təşkil edib. Gündəlik  530,3 min barrel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac edilib.

Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “qəbul edilmiş Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

 

 

Вся лента