Aleksandr Novak: Neftin qiymətinin bərpası aylar çəkə bilər

16:13 - 10.03.2020


10 mart, Fineko/abc.az. Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması aylar çəkə bilər.

Bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak “Rossiya-24” kanalındaçıxışı zamanı deyib.

Neft bazarında sabitliyin təmin olunması üçün OPEC-lə işbirliyinin mümkünsüz olmadığını bildirən A.Novak qeyd edib: “Rusiya ilə OPEC arasında növbəti görüşün may və iyun aylarına təşkili planlaşdırılır”.

Qeyd edək ki, OPEC-ə üzv və Rusiya da daxil olmaqla bəzi qeyri-OPEC neft istehsalçısı ölkələrin Vyanadakı görüşündə hasilatın daha da azaldılması barədə qərarın qəbul edilməməsindən sonra ötən gün “Brent” markalı neftin bir barrelinin qiyməti 31 dollara düşmüşdü.

© Azertag.az

 

Вся лента