Bakıda daha bir avtomobil salonu açılır

11:46 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. Babək prospektində daha bir avtosalon açılacaq.

“UzAvto Baku” şirkətinin rəhbəri Otabek Saliyev Fineko/abc.az İnformasiya Agentliyinə  bildirib ki, avtosalonda “Ravon” markalı avtomobillər təqdim ediləcək.

“Hal-hazırda yeni avtosalonun açılışına hazırlıq işləri aparılır,  açılış isə yanvar ayının axırına planlaşdırılıb”, - deyə O.Saliyev bildirdi.

Onun sözlərinə görə, Xırdalan şəhərində fəaliyyət göstərən avtosalon, mərkəzdən uzaqda yerləşdiyinə görə, gözlənilən satış effekti olmayıb. Yeni salonun açılması da məhz bununla bağlıdır.

“Biz nikbin yanaşırıq  və yeni salonda bir ayda ən yaxşı halda 4 model üzrə 50 avtomobil satmağı planlaşdırırıq”, - bunu şirkətin rəhbəri bildirib.

 

 

Вся лента