Azərsu rəhbərliyi vətəndaşları qəbul edəcək

17:29 - 11.03.2020


11 mart, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov martın 16 mart-da Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini qəbul edəcək.

Bu barədə ABC.AZ-a “Azərsu” ACS-dən məlumat verilib.

 Qeyd olunur ki, martın17-də sədrin birinci müavini Teyyub Cabbarov Beyləqan şəhərində Beyləqan və Xocavənd, 18 mart-da isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov İmişli rayonunun sakinləri ilə görüşəcək.

Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

 

Вся лента