Bakıda taksilər dezinfeksiya olunur - Hər gün

15:44 - 12.03.2020


12 mart, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin tabeliyindəki "Bakı Taksi" MMC-nin paytaxtdakı taksilərini gündəlik dezinfeksiya edir.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, zəruri profilaktik işlər mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Xidmətə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur.

Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.

Müəllif: Elmir Murad

 

Вся лента