Dünyada koronovirus isterikası davam edərək, bazarda qiymətləri aşağı salır

10:04 - 13.03.2020


13 mart, Fineko/abc.az. Soyuqdəymə və öskürək qorxusundan irəli gələn çaxnaşma nəticəsində şəhərlər və ölkələr sərhədləri bağlanır və fond bazarları aşağı yuvarlanır.

ABŞ fond indeksləri Dow Jones Industrial Average və Standard & Poor's 500, cümə axşamı ticarətinin nəticələrinə görə 9,5%-dən çox düşdü. Bu, 19 oktyabr 1987-ci ildən etibarən record düşmədir. Nəticədə, Nasdaq Composite daxil olmaqla, bütün üç əsas indeks son pik səviyyələrindən 20%-dən çox azalıb.

Etalon markaların neft qiymətləri KRVİ ətrafında isteriya və OPEC+ əməliyyatlarının pozulması fonunda davamlı enmədən sonra bu gün yüksəlir.

Martın 12-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $2,57 (7,18%) azalaraq bir barelə $33,22 təşkil etmişdir.

May fyuçersi saat 9:30-da isə  $0,61 (1,84%) artaraq bir barelə $33,83  təşkil etmişdir.

Martın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $1,48 (4,49%) artaraq bir barelə $31,50  təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:30-da $0,77 (2,44%) artaraq bir barelə $32,27 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $3,69 (10,2%) kəskin düşərək bir barelə $32,35 təşkil edib.

 

Вся лента