Sabah Bakıda və Abşeronda arabir yağış yağacaq

04.01.2018,13:22


4 yanvar, Fineko/abc.az.  Sabah Bakıda hava dəyişkən buludlu olacaq, gecə və səhər saatlarında çiskinli yağış yağacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyildiyi kimi, Abşeron yarımadasında  temperatur gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Ölkənin rayonlarında gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı, bəzi yerlərdə yağıntı düşəcəyi  gözlənilir.

 

Ключевые слова: proqnoz hava