Bakıda daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılır

04.01.2018,17:00


4 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA),  yeni Binəqədi Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması üzrə işləri yekunlaşdırır.

BNA-nin məlumatında deyildiyi kimi, metronun “Dərnəgül” stansiyasının yaxınlığında yerləşən Mübadilə Mərkəzinin yaradılması üzrə işlər artıq bitirilib.

 “Mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Mübadilə Mərkəzinin ərazisində həmçinin taksi dayanacaqları quraşdırılacaq”, - məlumatda belə deyilir.

Həmçinin bildirilir ki,  mübadilə mərkəzi yaxın zamanda istismara veriləcək,  bundan sonra isə, “Azadlıq prospekti” metro stansiyasına qədər hərəkət edən marşrut xətlərinin son dayanacaq məntəqəsi yeni mərkəzə köçürüləcək. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

 

Ключевые слова: BNA Nəqliyyat Agentliyi