Azərbaycanda bayram günlərində dəmir yolu nəqliyyatı ilə daşınan sərnişin axını iki dəfə artıb

17:25 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  bayram günlərində sərnişin axınının ikiqat artımını qeyd edir.

ADY-nın məlumatında deyildiyi kimi, Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulmuşdur.

“Bayram günlərində  həmin marşrut və yerli reyslərlə 16 404 sərnişin daşınıb ki, bu da  adi iş günlərində daşınan normadan iki dəfə çoxdur”, - məlumatda belə deyilir.

 

Вся лента