Banklararası ticarətdə dollar bahalaşdı

05.01.2018,10:02


5 yanvar, Fineko/abc.az. Yanvarın 5-də keçirilmiş banklararası ticarətdə dollar yenidən manata nisbətən bahalaşdı.

Dünən “Bloomberg” terminalında keçirilmiş ticarət 1,6997 AZN/1 USD səviyyəsində yekunlaşdı. Bu gün birjada ticarət 1,6999 AZN/1 USD məzənnəsi  ilə başladı. Başqa sözlə, dollar 0,01% bahalaşıb.

Qeyd edək ki, bu gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə 1,7001 manat təşkil edir.

 

Ключевые слова: Bloomberg dollar