Bu məhsulların ixracı azalıb - Dövlət Komitəsi hesabat yaydı

14:10 - 18.03.2020


18 mart, Fineko/abc.az. Azərbaycandan fındıq, alma və xurma ixracı azalıb.

 ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 22 milyon 576 min dollar dəyərində 3 734 ton fındıq, 6 milyon 617 min dollar dəyərində 15 438 ton alma və 14 milyon 109 min dollar dəyərində 17 909 ton xurma ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 2 ayında Azərbaycandan 25 milyon 104 min dollar dəyərində 4 781 ton fındıq, 9  milyon 791 min dollar dəyərində 23 320 ton alma və 17 milyon 484 min dollar dəyərində 23 046 ton xurma idxal edilmişdi.

Cari ilin ilk 2 ayında Azərbaycandan 75 milyon 556 min dollarlıq meyvə-tərəvəz ixrac edilib. Bu rəqəm ötən ilin eyni dövründə 75 milyon 972 min dollar idi.

Вся лента