Azərbaycanın İrana ixracı azalıb - Dövlət Komitəsi

14:51 - 18.03.2020


18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-fevral aylarında İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi kəskin azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İrandan ölkəmizə ixrac azaldığı kimi Azərbaycandan da qonşu dövlətə ixracı sözügedən dövrdə dəyişərək balacalaşıb. Belə ki, sözügedən dövrdə bu göstərici 8 milyon 426 min dollar olduğu halda ötən ilin eyni dövründə  Azərbaycandan ixrac 9 milyon 975 min dollar olmuşdu. Bu isə 15,5% azalma deməkdir.

Qeyd edək ki, ticarət dövriyyəsi  koronavirus səbəbindən İranla sərhədlərdə tətbiq edilən məhdudiyyətdən irəli gəlir.

 

 

Вся лента