Neftin qiymətləri aşağı yuvarlandı, Azeri Light 16% ucuzlaşıb

10:08 - 19.03.2020


19 mart, Fineko/abc.az. Çərşənbə günü düşdükdən sonra, neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində cüzi artır.

Martın 18-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $3,85 (13,4%) kəskin düşərək bir barelə $24,88 təşkil etmişdir.

May fyuçersi saat 9:30-da $0,79 (3,18%) artaraq bir barelə $25,67 təşkil etmişdir.

Martın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi, $6,58 (24,42%) kəskin düşərək bir barelə $20,37 təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:30-da $2,11 (10,36%) artaraq bir barelə $22,48 təşkil etmişdir.

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti $4,64 (15,91%) kəskin düşərək bir barelə $24,53 təşkil edib.

 

Вся лента