11:07 - 19.03.2020
19 mart, Fineko/abc.az. Martın 19-na keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
ABC.AZ “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir. Dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.
Həmçinin martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024